DÜNYA

04 Oktyabr

ABŞ arsenalını doldurmaq üçün 1,2 milyard dollar xərcləməyi planlaşdırır

Qırmızı dənizdə döyüş gəmilərini saxlamaq və raketləri artırmaq üçün Pentaqona 1,2 milyard dollar lazımdır.

Finss.az xəbər verir ki, bu məbləğin 300 milyon dolları regionda əməliyyatlar aparmış “USS Bataan” amfibiya hücum gəmisinin və “Eisenhower” daşıyıcısının zərbə qrupunun plansız təmirinə sərf olunacaq. SM-6 ballistik raketlərinin alınması üçün daha 276 milyon dollar, Tomaqavk qanadlı raketlərinin arsenalının doldurulması üçün isə 57,3 milyon dollar tələb olunub.

Kaira Agayeva 

Finss.az