DÜNYA

04 Oktyabr

Böyük Britaniyanın Çaqos adaları üzərində suverenlik qərarı Fransa üçün nümunə olmalıdır

Britaniya Hind okeanındakı strateji əhəmiyyətə malik Çaqos adaları üzərində yarım əsrdən artıq suverenlikdən imtina edəcəyini bildirib.

Finss.az xəbər verir ki, müqaviləyə əsasən, Böyük Britaniya Çaqos adalarını Mavrikiyaya verəcək. Bu qərar müstəmləkə ərazilərini itirmək istəməyən Fransa üçün nümunə olmalıdır.

Ölkələrin keçmiş müstəmləkə ərazilərini tərk etdiyi bir vaxtda Fransa öz müstəmləkəçilik siyasətini istənilən yolla davam etdirir, dəniz kənarındakı ərazilərinə ciddi nəzarəti gücləndirir.

İndiki post-müstəmləkə dövründə Fransanın bu siyasəti siyasi, iqtisadi, mənəvi və mədəni sahələrdə öz təsiri altında olan keçmiş müstəmləkələri qoruyub saxlamaqla yanaşı, bu ölkələrin təbii sərvətlərini mənimsəmək məqsədi daşıyır. Fransanın bu siyasətdən əl çəkməməsi yerli xalqların daha da məhv olmasına gətirib çıxarır.

Lakin Makron hökuməti başa düşməlidir ki, bu siyasət nəticə verməyəcək və uğursuzluğa məhkumdur. Çox gec olmadan Fransa bu yoldan əl çəkməli, biabırçı siyasətinə son qoymalıdır.

Kaira Agayeva 

Finss.az