Finss.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıb.
Bundan əvvəl, oktyabrın 2-də Gürcüstan prezidenti Salome Zurabişvili bu sənədi imzalamaqdan imtina edib və ona veto qoymayıb. Belə hallarda, Gürcüstanın Birinci Kanalının qeyd etdiyi kimi, qanun avtomatik olaraq parlamentin spikerinə imza üçün göndərilir və o, beş gün ərzində onu təsdiqləməyə borcludur. Və belə də oldu.
Qanun layihəsi hakim “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülüb. Üçüncü oxunuşda sənədi 84 deputat dəstəkləyib. Lakin onun məzmunu ilə qətiyyən razılaşmayan müxalifət partiyaları səsverməni boykot edərək müzakirədə iştirak etməyiblər. Qanun parlament sədri tərəfindən imzalandıqdan az sonra məlum olub ki, o, Gürcüstanın qanunvericilik qəzetinin rəsmi saytında dərc edildikdən sonra qüvvəyə minəcək, Sputnik Gürcüstan xəbər verir.
Kaira Agayeva
Finss.az