DÜNYA

03 Oktyabr

BMT Təhlükəsizlik Şurası bu gün Yaxın Şərqdəki böhranı müzakirə edəcək

Finss.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş bu gün Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək.

"Şərq vaxtı ilə təxminən saat 10:00-da Baş katib Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün bu səhər toplanan Təhlükəsizlik Şurasında çıxış edəcək", - BMT-nin sosial mediadakı X yazısında deyilir.

Xatırladaq ki, dünən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib. Bir neçə saat sonra İran İsraildəki hərbi kampaniyasını başa vurduğunu bildirib.

Kaira Agayeva 

Finss.az