DÜNYA

03 Oktyabr

Hindistanda tualet tikintisi üzrə dövlət proqramı uşaq ölümlərini azaldıb

Finss.az xəbər verir ki, Hindistan Hökuməti tərəfindən 2014-cü ildə başlanmış Təmiz Hindistan Ev Təmizliyi Layihəsi əsasən kənd yerlərində 117 milyondan çox ev təsərrüfatını lazımi tualet və kanalizasiya ilə təmin etmişdir. Nikkei nəşrinin məlumatına görə, hökumət bu layihənin həyata keçirilməsi üçün 1,4 trilyon rupidən (16,7 milyard dollar) çox vəsait ayırıb. Alimlər hesablayıblar ki, Hindistan evlərində sanitar şəraitin yaxşılaşdırılması ildə 60-70 min körpənin həyatını xilas edə bilər.

Proqramın birinci mərhələsində Hindistanın kəndlərində qapalı tualeti olan ev təsərrüfatlarının nisbəti 2014-cü ildəki 39%-dən 2019-cu ildə 100%-ə yüksəldi. Bundan əlavə, kənd yerlərində 110 milyondan çox ev təsərrüfatları kanalizasiyaya və su kəmərinə qoşulmuş, su ilə təmin olunmuş ev təsərrüfatlarının ümumi nisbəti 74%-ə çatdırılmışdır. Proqramın 2025-ci ilə qədər davam edəcək ikinci mərhələsində vətəndaşların evlərində tam əsaslı tualetlərin tikintisinin davam etdirilməsi, eləcə də bərk və maye məişət tullantılarının emalı probleminin həlli nəzərdə tutulur.

Kaira Agayeva 

Finss.az