DÜNYA

03 Oktyabr

Rumıniya Şərqi Avropada yüksək enerji qiymətlərindən qəzəblənib

Rumıniyanın energetika naziri Sebastian Burduja bildirib ki, Şərqi Avropa son aylarda olduğu kimi enerjiyə Qərbi Avropadan çox pul ödəməməlidir. 

Finss.az xəbər verir ki, onun sözlərinə görə, Rumıniya hakimiyyəti Yunanıstan və Bolqarıstandan olan həmkarları ilə birlikdə artıq Avropa Komissiyasına qiymətlərin müəyyənləşdirilməsinə yanaşmaya yenidən baxılması və regionun bütün ölkələri üçün bərabər şəraitin təmin edilməsi tələbi ilə müraciət edib.

Bu arada Avropada qazın qiyməti yenidən bahalaşıb. Çərşənbə günü onlar 3% artaraq min kubmetr üçün 460,6 dollara çatıb. Bu artım İranın bu yaxınlarda İsrailə raket zərbəsi endirməsi ilə izah edilir və bu, qlobal enerji bazarında qısamüddətli narahatlığa səbəb olur. Lakin ekspertlərin fikrincə, bu münaqişənin qaz tədarükünə təsiri cüzidir və qlobal bazarda ciddi sarsıntılar gözlənilmir.

Kaira Agayeva 

Finss.az