DÜNYA

03 Oktyabr

Cənubi Koreya Ukraynaya 100 milyon dollar kredit ayırıb

Finss.az xəbər verir ki, Koreya Respublikasının İxrac-İdxal Bankı Ukraynaya illik 1% faiz dərəcəsi ilə 20 il müddətinə 100 milyon ABŞ dolları məbləğində kredit verib.

“Ukraynanın maliyyə naziri Sergey Marçenko Koreyanın İxrac-İdxal Bankı ilə 100 milyon dollar cəlb etmək üçün kredit sazişi imzalayıb kredit müqaviləsinin imzalandığı tarixdən bir ildir”, - məlumatda deyilir.

Bundan əvvəl Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirəsində çıxış edərək, ilin əvvəlindən Ukraynaya 200 milyon dollar məbləğində humanitar yardım ayrıldığını açıqlamışdı. Həmçinin, onun sözlərinə görə, humanitar böhranların həlli üçün 100 milyon dollar ayrılması planlaşdırılır.

Kaira Agayeva 

Finss.az