DÜNYA

02 Oktyabr

İranda bütün uçuşlar bir gün müddətinə təxirə salınıb

Finss.az xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi bildirib ki, sabah, oktyabrın 3-ü səhərədək İranda bütün uçuşlar təxirə salınıb. Tasnim agentliyi xəbər verir ki, bu qərar regionda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Məhdudiyyətlər cümə axşamı səhər saat 5-ə qədər qüvvədədir.

Dünən, oktyabrın 1-də İran İsrailə 180-dən çox raket atıb. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90%-i hədəflərini uğurla vurub. İsrail, İran və İordaniya hava məkanlarını bağlayıb. Rusiyanın dörd aviaşirkəti Yaxın Şərqə uçuşların köçürüldüyünü açıqlayıb.

Kaira Agayeva

Finss.az