DÜNYA

02 Oktyabr

Afrikada ölümcül virus tüğyan edir

Ruanda səlahiyyətliləri qusma və qanaxma kimi təhlükəli simptomlara səbəb olan Marburq virusunun yeni epidemiyası barədə məlumat verir.

Finss.az xəbər verir ki, artıq 9 nəfər infeksiyanın qurbanı olub.
Ölənlər arasında səhiyyə işçiləri çoxluq təşkil edir. Virusun daha da yayılmasının qarşısını almaq üçün ölkə hakimiyyəti dəfn mərasimində iştirak edənlərin sayını 50 nəfərlə məhdudlaşdırıb.

Marburq şiddətli hemorragik qızdırmaya səbəb olan bir virusdur, yoluxmuşlar arasında ölüm nisbəti 88% -ə çatır. İlkin simptomlara qızdırma, baş ağrısı, ürəkbulanma və qusma daxildir, lakin xəstəlik irəlilədikcə burundan, diş ətindən və gözlərdən qanaxma baş verir. Sidikdə, nəcisdə və ya qusmada qanın olması daxili qanaxmanı göstərir, bu da müalicəni xeyli çətinləşdirir.

Kaira Agayeva 
Finss.az