DÜNYA

02 Oktyabr

Livandan 169 nəfər Bolqarıstan vətəndaşı təxliyə edilib

Bolqarıstan hökumətinin, bu ölkənin Xarici İşlər Nazirliyinin, Livandakı səfirliyinin, region və Yaxın Şərqdəki diplomatik nümayəndəliklərinin birgə səyləri nəticəsində 48 saatdan az müddətdə Livandan ümumilikdə 169 Bolqarıstan vətəndaşı təxliyə edilib.

Finss.az xəbər verir ki, bu barədə Bolqarıstan Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşların təxliyəsi ən təhlükəsiz şəkildə həyata keçirilib

Bolqarıstan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, nazirlik bütün aidiyyəti qurumlarla sıx koordinasiya şəraitində Yaxın Şərq regionunda vəziyyətin monitorinqini davam etdirir.

Kaira Agayeva 

Finss.az