Tonqo Krallığı ərazisində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Finss.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 22,4 min nəfərə yaxın insanın yaşadığı paytaxt Nukualofa şəhərindən 609 km cənub-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Kaira Agayeva
Finss.az