DÜNYA

01 Oktyabr

Süveyş kanalı regional qeyri-sabitlik səbəbindən itkilərə məruz qalır

Finss.az xəbər verir ki, regional qeyri-sabitlik nəticəsində Süveyş kanalı 2024-cü ilin yanvar-avqust aylarında gəlirinin 50-60%-ni itirib ki, bu da 6 milyard dolları ötür.

2023-cü ilin sonundan Qırmızı dənizdə vəziyyətin pisləşməsi səbəbindən Süveyş kanalı ilə yükdaşımalar xeyli azalıb.

Əvvəllər bu kanal qlobal ticarət və yük daşımalarında ən işlək kanal idi, lakin husilərin gəmilərə hücumları, eləcə də Yaxın Şərqdə vəziyyətin pisləşməsi bu kanal vasitəsilə tankerlərin daşımalarının demək olar ki, iki dəfə azalmasına səbəb oldu.

O cümlədən, avqust ayında Süveyş kanalından ümumi yükgötürmə qabiliyyəti 16,6 milyon ton olan 202 tanker keçib ki, bu da 2023-cü ilin avqustundan 49,8% azdır.

Kaira Agayeva 

Finss.az