DÜNYA

01 Oktyabr

Daily Sabah: Mərkəzi Asiya ABŞ və Çin arasında rəqabətin yeni cəbhəsidir

“Mərkəzi Asiya ABŞ və Çin arasında geosiyasi mübarizənin əsas bölgəsinə çevrilir. Çin Mərkəzi Asiyada infrastruktura və enerjiyə böyük sərmayə qoyur ki, bu da ticarətin artmasına töhfə verir. Bu fonda ABŞ regionu strateji mövqeyindən istifadə edərək Çin siyasətinə qarşı çıxmağa çağırır. Region Çinin təsirini cilovlamaq və mövqeyini gücləndirmək kontekstində Birləşmiş Ştatlar üçün vacib olur”.

Finss.az xəbər verir ki, bu barədə Türkiyənin “Daily Sabah” nəşri yazır.

Qeyd edilir ki, böyük geosiyasi oyunun hadisələri inkişaf etdikcə Mərkəzi Asiyanın rolu getdikcə daha böyük olur və bu, onu həm Amerika strategiyası, həm də qlobal strategiya üçün kritik əhəmiyyət kəsb edir.

Kaira Agayeva 

Finss.az