DÜNYA

01 Oktyabr

ABŞ-da qasırğa nəticəsində 130-dan çox insan həlak olub

ABŞ-ın cənub-şərqində “Helen” qasırğası 131 nəfərin həyatına son qoyub.

Finss.az xəbər verir ki, Qasırğadan ən çox zərər çəkən ştatlar Şimali Karolina, Corciya, Florida və Tennessi ştatları olub. Qasırğanın ən böyük ziyanı Şimali və Cənubi Karolinada baş verib.

ABŞ səlahiyyətliləri qasırğanın səbəb olduğu güclü yağışın insanları qapalı və evsiz qoymasından sonra elektrik enerjisini bərpa etməyə və yolları təmizləməyə çalışır.

Kaira Agayeva 

Finss.az