DÜNYA

01 Oktyabr

Tokioda dəyişiklik: Şigeru İşiba Yaponiyanın 102-ci Baş naziri olur

Yaponiya Liberal Demokrat Partiyasının (LDP) sədri Şiqeru İşiba parlamentdə keçirilən səsvermə nəticəsində ölkənin 102-ci baş naziri olub.

Finss.az xəbər verir ki, aşağı palatada İşiba 465 deputatdan 291-nin dəstəyini, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb. Onun namizədliyinin LDP və Komeito Partiyasının hakim koalisiyasının səs çoxluğuna malik olduğu parlamentin yuxarı palatası tərəfindən təsdiqlənəcəyi gözlənilir. Lakin Yaponiya qanunlarına görə, aşağı palatanın qərarı üstünlük təşkil edir.

Yaxın saatlarda yeni seçilmiş baş nazir yeni nazirlər kabinetini formalaşdırmağa başlayacaq. Yerli KİV-in məlumatına görə, hazırkı administrasiyanın əsas fiqurları hökumət vəzifələrini qoruyacaqlar: LDP-nin rəhbəri seçkilərində İşibanın rəqibi olmuş Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi və Komeito Partiyasını təmsil edən infrastruktur naziri Tetsuo Saito. 2014-2016-cı illərdə bu vəzifəni tutmuş general Nakatani-nin müdafiə naziri vəzifəsinə təyin edilməsi planlaşdırılır və XİN-ə keçmiş müdafiə naziri Takeşi İwaya rəhbərlik edəcək.

Kaira Agayeva 

Finss.az