DÜNYA

01 Oktyabr

Uzunömürlülük rekordu: Qazaxıstan sakininin 114 yaşı tamam olur

Ulytau vilayətindən olan Qazaxıstanın ən yaşlı sakini 114 yaşını qeyd edib. Vesti.az xəbər verir ki, bu barədə Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat verilib.

Finss.az xəbər verir ki, Qazaxıstanda yaşı 100-dən yuxarı olan 423 nəfər yaşayır. Ən çox yüzillik Türküstan bölgəsində qeydə alınıb - 64 nəfər. İkinci yerdə əsr həddini keçmiş 48 sakinin yaşadığı Almatı, Almatı vilayətində isə onların sayı 38 nəfərdir.

Əvvəllər bildirilmişdi ki, Yaponiya yüzilliklərin sayına görə liderdir. Sentyabr ayına olan məlumata görə, ölkədə yaşı 100 və daha yuxarı olan 95 119 nəfər yaşayır.

Kaira Agayeva 

Finss.az