DÜNYA

01 Oktyabr

Türkmənistan Gürcüstanda keçirilən Ümumdünya Turizm Günündə turizm sənayesini inkişaf etdirməyin yollarını araşdırır

Türkmənistan nümayəndə heyəti Gürcüstanda BMT-nin Dünya Turizm Gününün illik beynəlxalq forumunda olub.

Finss.az xəbər verir ki, nümayəndə heyətinə Mədəniyyət Nazirliyinin turizm şöbəsinin müdiri rəhbərlik edib.

Bu ilin müzakirə mövzuları “Turizm və Sülh” şüarı çərçivəsində aparılıb. Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli qonaqlar, turizm nazirləri və ekspertlər iştirak ediblər.

Forum çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili çıxış ediblər. Bu ilin müzakirə mövzuları “Turizm və Sülh” şüarı çərçivəsində aparılıb.

Kaira Agayeva 

Finss.az