DÜNYA

01 Oktyabr

Yaponiya hökuməti bütünlüklə istefa verib

Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökuməti növbəti baş nazir Şiqeru İşiba tərəfindən formalaşdırılacaq yeni kabinetin yaradılması ərəfəsində tam tərkibdə istefa verib.

Finss.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

Parlament daha sonra növbədənkənar iclasa toplaşacaq və bu iclasda 27 sentyabr seçkilərindən sonra hakim Liberal Demokrat Partiyasının yeni sədri olmuş İşiba baş nazir seçiləcək. Bu siyasi qüvvə koalisiya tərəfdaşı Komeito Partiyası ilə birlikdə qanunverici orqanın hər iki palatasında çoxluğa malikdir.

Kaira Agayeva 

Finss.az