DÜNYA

01 Oktyabr

Parisin mərkəzində Louis Vuitton mağazası qarət edilib

Finss.az xəbər verir ki, bu gecə Saint-Germain bulvarında (Paris 6-cı rayonu) Louis Vuitton mağazası qarət edilib.

Le Figaro-nun öz polis mənbələrinə istinadən verdiyi məlumata görə, cinayətkarlar yerli vaxtla saat 4:30 radələrində avtomobillə mağazanın giriş qapılarını döyüblər. Həmin an rəflərdə olanların yarısını çıxarmaq quldurlara dörd dəqiqə çəkib. Bundan sonra onlar maşına minərək naməlum istiqamətdə gözdən itiblər. Hadisəni törədənlər hələ də tapılmayıb.

Polisin məlumatına görə, cinayətkarlar yüzə yaxın dəbdəbəli əşya oğurlaya biliblər. Zərərin ümumi məbləği hazırda 900 min avro qiymətləndirilir.

Kaira Agayeva 

Finss.az