DÜNYA

01 Oktyabr

Rusiya hərbi xərcləri rekord qırıb: orduya 13,5 trilyon rubl ayrılıb

Rusiya Federasiyasının hakimiyyət orqanları 2025-ci ilin büdcəsinə rekord müdafiə xərclərini daxil ediblər - onların həcmi ÜDM-in 6,31%-ni təşkil edəcək.

Finss.az xəbər verir ki, federal büdcə qanun layihəsinə izahat qeydində qeyd olunur ki, “Milli Müdafiə” maddəsi 13,5 trilyon rubl məbləğində xərclər nəzərdə tutur.

Müqayisə üçün: 2024-cü ilin büdcəsində hərbi ehtiyaclar üçün 10,4 trilyon rubl ayrılmışdı - bu, artıq rekord göstərici idi. Bununla belə, əvvəlki proqnozlar xərclərin azaldılmasını təklif edirdi: 2023-cü ildə hərbi xərclərin 2025 və 2026-cı illərdə müvafiq olaraq 8,5 və 7,4 trilyon rubla qədər azalacağı gözlənilirdi.

Kaira Agayeva 

Finss.az