DÜNYA

30 Sentyabr

Qazaxıstanda uzunömürlü insanların sayı açıqlanıb

Qazaxıstanda 100 və daha yuxarı yaşda olan 423 vətəndaş qeydiyyata alınıb, ölkənin ən yaşlı qadın sakini isə 114 yaşındadır.

Finss.az xəbər verir ki, ən çox uzunömürlü ölkənin cənub bölgələrində yaşayır. 

Türküstan bölgəsində yaşı 100 və daha çox olan 64 nəfər yaşayır.

Uzunömürlülərin sayına görə ikinci yerdə 100 yaşdan yuxarı 48 vətəndaşın yaşadığı Qazaxıstanın ən böyük şəhəri Almatı qərarlaşıb. Üçüncü yerdə 38 uzunömürlü olan Almatı vilayətidir. 

Ən yaşlı qazaxıstanlılar Ulıtau (114 yaş), Pavlodar (112 yaş) və Türküstan (110 yaş) vilayətlərində qeydə alınıb.

Kaira Agayeva 

Finss.az