DÜNYA

30 Sentyabr

Filippində tayfun səbəbindən Batanesdəki hava limanları bağlanıb

Filippində “Julian” tayfunu səbəbindən Batanesdəki Basko və İtbayat hava limanlarında uçuşlar dayandırılıb.

Finss.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb. Bildirilib ki, tayfun mərkəzdə saatda 175 kilometr sürətlə irəliləyib.

Filippinin Mülki Aviasiya İdarəsi Basko hava limanında leysan yağışların qeydə alındığını, obyekt və avadanlıqların mühafizə olunduğunu, lakin internet xidmətinin olmadığını bildirib. Aviasiya İdarəsi Tuguegarao hava limanına heç bir ziyan dəymədiyini vurğulayıb.

Kaira Agayeva 

Finss.az