DÜNYA

30 Sentyabr

Hindistan və Türkmənistan TAPI qaz kəmərinin regionun inkişafına verdiyi töhfəni nəzərdən keçirib

Türkmənistanın xarici işlər nazirləri Rəşid Meredov və Hindistanın Subrahmanyam Caişankar regional inkişaf kontekstində Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin əhəmiyyətini müzakirə ediblər.

Finss.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ölkələr arasında əməkdaşlığın genişləndirilməsi fonunda baş tutub.

Məlumata görə, TAPI layihəsi enerji əməkdaşlığı və iri infrastruktur layihələrinin həyata keçirilməsi çərçivəsində müzakirə edilib. Nazirlər ikitərəfli səfərlərin təşkili və yeni birgə layihələrin həyata keçirilməsinin zəruriliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər. Elmi və texnoloji əməkdaşlığın inkişafına yönəlmiş Türkmən-Hindistan Hökumətlərarası Komissiyasının növbəti iclasına hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Xarici işlər nazirlərinin “Mərkəzi Asiya+Hindistan” formatında keçiriləcək görüşünə də toxunulub.

Kaira Agayeva 

Finss.az