DÜNYA

30 Sentyabr

Kişineu hava limanına girişin müddəti uzadılıb

Moldovanın hakimiyyət orqanları Kişineu beynəlxalq hava limanına giriş məhdudiyyətini oktyabrın 31-dək uzadıb.

Finss.az xəbər verir ki, aeroportun terminalına yalnız bileti və səyahət sənədi olan sərnişinlərin, habelə personalın və təyyarə ekipajlarının daxil olmasına icazə verilir.

Mayın 1-dən etibarən ölkənin yeganə sərnişin hava limanına giriş sərnişinləri yola salan və qarşılayanlar üçün qadağan edilib. O vaxt Moskvadan qayıdan Qaqauziya rəhbərliyi və müxalifət partiyalarının nümayəndələri Kişineu hava limanında axtarışlara və dindirilmələrə məruz qalıblar. Onların arasında muxtar bölgənin rəhbəri Yevgeniya Qutsul və hava limanında diplomatik pasportundan məhrum edilən Xalq Məclisinin sədri Dmitri Konstantinov da olub. Siyasətçilərin saxlanılmasının qarşısını almaq üçün yüzlərlə insan hava limanına gəlib və polislə toqquşma baş verib.

Hakimiyyət orqanları aeroporta giriş məhdudiyyətinin müvəqqəti olduğunu bildirərək, bunu “Pasxa” bayramı günlərində sərnişin axınının artması ilə izah ediblər. Lakin sonradan qadağa bir neçə dəfə uzadılıb.

Kaira Agayeva 

Finss.az