DÜNYA

30 Sentyabr

Özbəkistanda kömür hasilatının həcmi artıb

2024-cü ilin yanvar-avqust aylarında Özbəkistanda 4,3 milyon ton kömür hasil edilib.

Finss.az xəbər verir ki, Özbəkistanın statistika agentliyinin məlumatına görə, kömür hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% artıb (2023-cü ilin yanvar-avqust aylarında 3,7 milyon ton).

2024-cü ilin avqustunda ölkədə kömür istehsalı iyulda 800 min tondan 900 min tona çatıb.

Qeyd edək ki, Özbəkistan yanacağın, neftin və kömürün iki il müddətinə gömrükdən rüsum ödəmədən keçirilməsinə icazə verəcək, həmçinin kömür idxalı üçün üç illik dönərli kreditlər təklif edir.

Kaira Agayeva 

Finss.az