DÜNYA

30 Sentyabr

Nepalda daşqınlar 170 nəfərin həyatına son qoyub

Finss.az xəbər verir ki, Nepalda daşqınlar 170 nəfərin həyatına son qoyub, daha 42 nəfər hələ də itkin düşüb. Ölənlərin çoxu paytaxt Katmanduda qeydə alınıb. Paytaxtdan axan çaylar çöküntü ilə dolub. Sentyabrın 27-dən Nepalda 2002-ci ildən bəri rekord miqdarda - 240 mm yağıntı düşüb.

Daxili İşlər Nazirliyinin sözçüsü Rişi Ram Tivari agentliyə bildirib ki, Katmanduda bir neçə məhəllə su altında qalıb. Hazırda fövqəladə hallar xidmətləri magistral yolları zibildən təmizləmək üçün buldozerlərdən istifadə edir. Şəhərin hazırda Nepalın qalan hissəsi ilə əlaqəsi tamamilə kəsilib.

Katmandunun cənubunda magistral yolda baş verən sürüşmə nəticəsində ölənlərin ən azı 35-i avtomobillərdə olub. Yerli hakimiyyət orqanları 3 minə yaxın insanı xilas edə bilib. Xilasetmə əməliyyatlarında ölkənin təhlükəsizlik xidmətinin 3 mindən çox əməkdaşı iştirak edib; Şəhərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları təxliyə mərkəzləri və humanitar yardım məntəqələri yaradıblar.

Kaira Agayeva 

Finss.az