DÜNYA

30 Sentyabr

Varşava məhkəməsi Polşa prezidentinə qarşı işə baxacaq

Polşa prezidenti Anjey Duda miqrasiya böhranından bəhs edən polşalı rejissor Aqneşka Hollandın “Yaşıl sərhəd” (Zielona granica, 2023) filminin tamaşaçılarını təhqir etmək ittihamı ilə qaldırılan iddiaya görə 2025-ci ildə məhkəməyə çağırılacaq.

Finss.az xəbər verir ki, bu barədə “Ksenofobiya və İrqçi Davranışın Monitorinqi Mərkəzi” ictimai təşkilatı X sosial şəbəkəsində məlumat yayıb.

Qurumun məlumatına görə, Varşavanın Dairə Məhkəməsi artıq bu iş üzrə ilk iclasın vaxtını təyin edib. Anjey Dudaya qarşı ölkə vətəndaşlarını təhqir etdiyinə görə qaldırılan iddiaya uzaqdan baxılacaq. İlk məhkəmə iclası 24 oktyabr 2025-ci il saat 10:00-a təyin edilib. O vaxta qədər Dudanın prezident kimi səlahiyyətləri artıq başa çatacaq – onun ikinci beşillik müddəti 2025-ci ilin avqustunda başa çatacaq və o, üçüncü müddətə namizəd olmaq hüququna malik deyil.

Kaira Agayeva 

Finss.az