DÜNYA

30 Sentyabr

Qazaxıstan yaşıl enerji sektoruna alman investisiyalarını cəlb edir

Yaşıl enerji sektoru Almaniya investisiyaları üçün ən cəlbedicidir.

Finss.az xəbər verir ki, Qazaxıstan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını indiki dörd faizdən 15 faizə çatdırmağa çalışır.

Bu çərçivədə Almaniyanın Svevind şirkəti Qazaxıstanın Mangistau bölgəsində dəyəri 50 milyard dollar olan Hyrasia One layihəsini həyata keçirməyə başlayıb. Layihəyə gücü sutkada 255 min kubmetr hidrogen olan duzsuzlaşdırma qurğusunun, 40 GVt gücündə bərpa olunan enerji stansiyasının və 20 QVt gücündə su elektroliz qurğusunun tikintisi daxildir.

Yaşıl hidrogenin istehsalına 2030-cu ildə başlanmalıdır və layihə 2032-ci ilə qədər tam gücə çatacaq və ildə iki milyon ton yaşıl hidrogen təmin edəcəkdir.

Əlavə edək ki, Almaniya 1992-ci ildən Qazaxıstan iqtisadiyyatına sərmayə qoyur. 2023-cü ilə qədər 6,6 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur, investisiya axını əvvəlki illə müqayisədə 2023-cü ildə rekord 64 faiz artmışdır.

Avropanın SVEVIND Energy Group şirkəti tərəfindən hazırlanmış Hyrasia One layihəsi yaşıl hidrogen istehsalı üzrə dünyada ən böyük layihələrdən biri olacaq. Layihə hidrogenlə yanaşı, ümumilikdə iki milyon tona qədər yaşıl hidrogen və ya ildə 11 milyon ton yaşıl ammonyak təşkil edən külək və günəş modullarını əhatə edəcək. Məhsullar Asiya, Körfəz ölkələri və Avropaya daşınacaq.

Kaira Agayeva 

Finss.az