DÜNYA

30 Sentyabr

LVMH rəhbərinin sərvəti bir gündə 17 milyard dollar artıb

Lüks konqlomerat LVMH (Louis Vuitton Moet Hennessy) rəhbəri Bernard Arnault Çin iqtisadiyyatını stimullaşdırmaq üçün genişmiqyaslı tədbirlər paketinin əsas benefisiarlarından biri oldu - cəmi bir gündə onun sərvəti 17 milyard dollar artdı.

Finss.az xəbər verir ki, 75 yaşlı fransız maqnatının sərvətində belə sürətli artım sentyabrın 26-da LVMH səhmlərinin 9,9% bahalaşması fonunda baş verib. İnvestorlar Pekinin təsdiqlədiyi stimullaşdırma tədbirlərinin ölkədə lüks mallara tələbatın artmasına səbəb olacağına mərc edirlər, agentlik izah edir. Asiya regionu 2023-cü ildə LVMH satışlarının 38%-ni təşkil edib.

Kaira Agayeva 

Finss.az