DÜNYA

27 Sentyabr

Yəmən husiləri Tel-Əviv və Aşkelona raketlər və pilotsuz uçan aparat atdıqlarını bildiriblər.

Yəmənin husi üsyançıları İsrailin Təl-Əviv və Aşkelon şəhərlərindəki hərbi hədəflərə raketlər və pilotsuz təyyarələr atıblar.

Finss.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari X sosial şəbəkəsində məlumat verib.

“Qüvvələrimiz işğal altındakı Yaffa bölgəsində (Tel-Əviv) İsrail düşməni ilə əlaqəli hərbi hədəfə və işğal altındakı Aşkelon bölgəsindəki mühüm hədəfə hücum edərək hərbi əməliyyat keçirib”, - deyə o bildirib.

O qeyd edib ki, husilər Təl-Əvivə hücumda Fələstin-2 ballistik raketindən, Aşkelona hücumda isə Yaffa pilotsuz uçan aparatından istifadə ediblər.

Sari hər iki hücumun uğurlu olduğunu iddia edir.

Cümə günü səhər saatlarında “The Jerusalem Post” İsrailin hava hücumundan müdafiə qüvvələrinin İsrail hava məkanından kənarda olan Husi raketini ələ keçirdiyini bildirib.

Kaira Agayeva 

Finss.az