DÜNYA

27 Sentyabr

Amerikanın “Con Deere” şirkəti Türkmənistanın aqrar-sənaye kompleksini modernləşdirir

Amerikanın “John Deere” şirkətindən əkin və biçin texnikasının artırılması Türkmənistanın aqrar-sənaye kompleksinin yenilənməsinə töhfə verəcək.

Finss.az xəbər verir ki, bu barədə Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov ilə John Deere şirkətinin Mərkəzi Asiyada strateji tərəfdaşlığın inkişafı şöbəsinin rəhbəri Çaba Leyko arasında keçirilən görüşdə bildirilib.

Söhbət zamanı tərəflər kənd təsərrüfatının Türkmənistan iqtisadiyyatı üçün əhəmiyyətini və onun modernləşdirilməsi istiqamətində atılan addımları, o cümlədən qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqini müzakirə ediblər.

Uğurlu əməkdaşlığın ən bariz sübutlarından biri yerli şəraitdə səmərəli istifadə olunan “John Deere” səpin və biçin texnikasının artan tədarüküdür. Şirkətin avadanlığı Türkmənistanda kənd təsərrüfatının istehsal potensialının artırılması üçün mühüm alətə çevrilib.

Türkmənistan və Amerika şirkəti arasında uzunmüddətli tərəfdaşlığın əsas sahəsi olan aqrar-sənaye kompleksi üçün ixtisaslı kadrların hazırlanması aspekti də vurğulanıb. Tərəflər bu sahədə birgə işi gücləndirmək barədə razılığa gəliblər.


Xatırladaq ki, John Deere kənd təsərrüfatı və meşə təsərrüfatı texnikası, eləcə də ağır yol tikinti maşınlarının istehsalı üzrə ixtisaslaşmış Amerika korporasiyasıdır. 2022-ci ildə Deere Company ABŞ-ın ən böyük korporasiyaları siyahısında 84-cü yeri tutdu. 2023-cü ildə şirkət Mərkəzi Avropa və MDB regionlarından 2,1 milyard ABŞ dolları gəlir əldə etdiyini bildirib.

Kaira Agayeva

Finss.az