DÜNYA

27 Sentyabr

Finlandiya tezliklə NATO qoşunlarının ölkədə yerləşəcəyini açıqlayacaq

Finss.az xəbər verir ki, Finlandiya tezliklə NATO-nun İrəli Quru Qoşunlarının (FLF) ölkədə yerini açıqlayacaq.

Ehtimal edilir ki, bu, Finlandiyanın şimalında, Laplandiyada bir ərazi olacaq.

Bundan əvvəl nazir NATO-nun Şimali Avropadakı quru qoşunlarının qərargahının Leninqrad vilayəti ilə sərhəddən 105 km aralıda yerləşən Mikkeli şəhərində yerləşəcəyini açıqlamışdı. Bu barədə rəsmi qərar gələn il NATO müdafiə nazirlərinin görüşündə veriləcək.

Hakkänen bildirib ki, Finlandiya Mikkelidəki yeni qərargahda aparıcı rol oynayacaq və Finlandiya Ordusunun komandiri onun rəhbəri olacaq.

O, NATO-nun regional qərargahının Mikkelidə yerləşdirilməsi qərarını onunla əsaslandırıb ki, Finlandiya Silahlı Qüvvələrinin quru qoşunlarının qərargahı bu şəhərdə artıq mövcuddur. Qərargahın gələn ildən fəaliyyətə başlaması planlaşdırılır.

Kaira Agayeva 

Finss.az