DÜNYA

27 Sentyabr

Netanyahu: Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək

Finss.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Livanda atəşkəslə bağlı təkliflərin müzakirəsini davam etdirəcək.

Sentyabrın 25-də ABŞ və Fransa Livan-İsrail sərhədində dərhal 21 günlük atəşkəsə çağırıb.

B.Netanyahunun sözlərinə görə, İsrail nümayəndə heyəti ABŞ-nin atəşkəs təkliflərini müzakirə etmək üçün artıq dünən görüş keçirib və yaxın günlərdə müzakirələri davam etdirəcək. O, İsrail tərəfinin ABŞ-nin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

"Komandalarımız ABŞ-nin təşəbbüsünü və insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması kimi ümumi məqsədə necə töhfə verə biləcəyimizi müzakirə etmək üçün bir araya gəldi. Bu müzakirələri yaxın günlərdə davam etdirəcəyik", - baş nazir bildirib.

Kaira Agayeva 

Finss.az