DÜNYA

27 Sentyabr

Livanla sərhədin yaxınlığında beş suriyalı hərbçi həlak olub

İsrailin Livanla sərhəd yaxınlığında Suriya ordusunun mövqelərinə aviazərbələr endirməsi nəticəsində beş hərbçi həlak olub, biri isə yaralanıb.

Finss.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün saat 01.35 radələrində İsrail Silahlı Qüvvələri Suriya-Livan sərhədindəki hərbi mövqelərimizdən birinə Qolan təpələrindən zərbə endirib, nəticədə beş hərbçi həlak olub, biri isə yaralanıb”, - məlumatda bildirilib.

Kaira Agayeva 

Finss.az