DÜNYA

27 Sentyabr

Şigeru İşiba Yaponiyanın hakim partiyasının rəhbəri seçilib

Yaponiyanın keçmiş müdafiə naziri, 67 yaşlı Şiqeru İşiba hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri seçilib və oktyabrın 1-də ölkənin yeni baş naziri olacaq.

Finss.az xəbər verir ki, səsvermənin ikinci turunda o, həmkarlarının 415 səsindən 215-ni toplayıb.

Onunla birlikdə ikinci tura çıxan Yaponiyanın iqtisadi təhlükəsizlik naziri 63 yaşlı Sanae Takaiçi 415 səsdən 194-nü toplayıb. İkinci turda LDP-nin 368 hazırkı deputatı səs verdi və regional hüceyrələr Yaponiyadakı prefekturaların sayına görə 47 səs verdi.

Kaira Agayeva 

Finss.az