DÜNYA

27 Sentyabr

Moldovada prezidentliyə 11 namizəd qeydə alınıb

Finss.az xəbər verir ki, Moldovada oktyabrın 20-də keçiriləcək prezident seçkiləri ilə bağlı artıq 11 nəfərin namizədliyi qeydə alınıb.

Qeydə alınan prezidentliyə namizədlərdən dördü qadındır. Bunlar Moldovanın hazırkı Prezidenti Maya Sandu, Qaqauziya Muxtar Ərazi Qurumunun sabiq rəhbəri İrina Vlax, jurnalist Natalya Moral, sabiq prokuror Viktoriya Furtunedir.

Prezidentliyə digər namizədlər arasında 2019-2021-ci illərdə ölkənin prokuroru olmuş Aleksandr Stoyanoqlo, sabiq mer Renato Usatıy, sabiq Baş nazirlər Vasiliyi Tarlov, İon Kiku və başqaları var. 

Hazırda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası aparılır. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, seçkilərin ikinci turu təyin olunacaq.

Onu da qeyd edək ki, prezident seçkiləri ilə eyni gündə Moldovanın Avropa Birliyinə üzvlüyü məsələsinə dair referendum da keçiriləcək.

Kaira Agayeva 

Finss.az