DÜNYA

27 Sentyabr

İsveç cinayətkar dəstələri Pavel Durovun bəyanatından sonra teleqramı tərk edirlər

İsveç kriminal qrupları və sağçı ekstremistlər narkotik və silah satışı, qətllərə cəlbetmə və onları sifariş etmək üçün teleqram tətbiqindən fəal şəkildə istifadə edirlər. Ötən həftə İsveç hökuməti texnologiya nəhənglərindən cinayətkar dəstələrin paylaşımlarını dayandırmağı tələb edib. 

Finss.az xəbər verir ki, teleqram rəhbərliyi tətbiqdən istifadə qaydalarını pozanların İP ünvanlarını və telefon nömrələrini müvafiq orqanlara ötürmək qərarına gəlib.

“Bu tədbirlər cinayətkarları bir qədər dayandırmalıdır. Teleqram qeyri-qanuni malların reklamı üçün deyil, dostlar və xəbərlərin axtarışı üçün nəzərdə tutulub”, – deyə teleqramın təsisçisi Pavel Durov paylaşımında yazıb.

Durovun sözlərinə görə, teleqram moderatorları aşkar edilən bütün “problemli məzmunu” siliblər. 

İsveç polisi artıq polis nəzarətində olan istifadəçilərin sayında azalma qeyd edir.

Kaira Agayeva 

Finss.az