DÜNYA

27 Sentyabr

Mavriki sahillərində güclü zəlzələ baş verib

Mavriki sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. 

Finss.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 6 minə yaxın insanın yaşadığı Port Mathurin şəhərindən (Rodriqes adası) 438 km şimal-şərqdə yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Kaira Agayeva 

Finss.az