DÜNYA

27 Sentyabr

ABŞ Ukraynaya 7,9 milyard dollarlıq hərbi yardım ayırıb

ABŞ Ukraynaya 7,9 milyard dollar hərbi yardım ayırıb. Paketə “Joint Stand-off Weapon” (JSOW) qanadlı aviasiya bombaları daxildir..

Finss.az xəbər verir ki, Ağ evin rəhbəri Co Bayden ABŞ Müdafiə Nazirliyinə onun prezidentlik müddətinin sonuna qədər Kiyevə Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində qalan bütün vəsaiti Ukraynaya ayırmağı tapşırıb.

“Ukrayna Hərbi Hava Qüvvələrinin potensialının inkişaf etdirilməsi məqsədilə mən Müdafiə Nazirliyinə Ukrayna F-16 pilotlarının təlimini genişləndirməyi, o cümlədən gələn il daha 18 pilotun hazırlanmasına dəstək verməyi tapşırmışam”, - deyə Ağ evin rəhbəri əlavə edib.

Kaira Agayeva 

Finss.az