DÜNYA

26 Sentyabr

Papa Fransisk Lüksemburqa və Belçikaya apostol səfərinə gedib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Lüksemburqa və Belçikaya apostol səfərinə gedib.

Finss.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Roma Papası sentyabrın 26-29-da Lüksemburqda və Belçikada apostol səfərində olacaq. Pontifik Lüksemburqa səfər çərçivəsində rəsmilər, vətəndaş cəmiyyəti və diplomatik korpus nümayəndələri ilə görüşlər keçirəcək, dindarlar qarşısında çıxışlar edəcək. Bu, 87 yaşlı Papa Fransiskin sayca 46-cı apostol səfəri, ziyarət etdiyi 66-cı ölkədir. 

Roma Papası daha sonra Belçikaya yola düşəcək.

Kaira Agayeva 

Finss.az