DÜNYA

26 Sentyabr

Hindistanda müqəddəs dəstəmaz zamanı azı 43 nəfər boğularaq ölüb

Şərqi Bihar əyalətində Jivitputrika festivalının qeyd edilməsi zamanı baş verən ayrı-ayrı hadisələrdə 37-si uşaq olmaqla azı 43 nəfər suda boğulub, daha üç nəfər itkin düşüb.

Finss.az xəbər verir ki, bu barədə jurnalistlərə Biharın təbii fəlakətlərin idarə olunması departamentindən məlumat verilib.

Festival zamanı ştatın müxtəlif yerlərində çaylarda və gölməçələrdə müqəddəs çimmək mərasimləri zamanı insanlar ölüb. "İndiyədək ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatları davam etdirilir", - idarədən bildirilib. Ştatın 15 rayonunda faciəvi hallar qeydə alınıb.

Jeevitputrika Biharda qadınların uşaqlarının rifahı üçün oruc tutduğu və su hövzələrində müqəddəs vanna qəbul etdiyi ən böyük festivallardan biridir. Adətən qadınlar övladlarını özləri ilə dini mərasimə aparırlar.

Kaira Agayeva 

Finss.az