DÜNYA

26 Sentyabr

Böyük Britaniya iki Rusiya şirkəti və beş gəmiyə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını yenidən genişləndirərək, ona daha iki şirkət və beş qaz daşıyıcısını əlavə edib.

Finss.az xəbər verir ki, bu barədə siyahının yenilənmiş variantı Böyük Britaniyanın Maliyyə Nazirliyinin saytında dərc olunub.

İdarəetmə şirkətləri Ocean Speedstar və White Fox Ship Management FZCO sanksiyaya məruz qalıb. Məhdudiyyətlərdən təsirlənən gəmilərə Asya Energy, Pioneer, North Sky, SCF La Perouse və Nova Energy daxildir.

Kaira Agayeva 

Finss.az