DÜNYA

26 Sentyabr

Yaponiyada daşqınlar 11 nəfərin həyatına son qoyub

Yaponiyanın İşikava prefekturasında şiddətli leysan yağışlarının səbəb olduğu daşqınlar azı 11 nəfərin ölümünə səbəb olub.

Finss.az xəbər verir ki, NHK telekanalının məlumatına görə, ölüm hallarının doqquzu Vadzima, ikisi isə Suzu şəhərində qeydə alınıb.

Hakimiyyət orqanları, həmçinin Suzu və Noto şəhərlərində iki nəfərin itkin düşdüyünü bildirib. Vadzima şəhərində isə bir neçə nəfərlə əlaqə saxlamaq mümkün olmayıb. Axtarış-xilasetmə dəstələri itkin düşən şəxslərin axtarışını davam etdirir.

Qeyd edək ki, sentyabrın 21-22-də İşikava prefekturasında rekord leysan yağışları qeydə alınıb. Yağışlar nəticəsində baş verən güclü sel və torpaq sürüşmələri böyük fəsadlar törədib. Hakimiyyət orqanları əhalini diqqətli olmağa çağırıb.

Kaira Agayeva 

Finss.az