DÜNYA

26 Sentyabr

BMT: 2100-cü ilə qədər 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər

İqlim böhranı nəticəsində 2100-cü ilə qədər 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər. Son on ildə qlobal dəniz səviyyəsi artıq 10 santimetrdən çox qalxıb.

Finss.az xəbər verir ki, BMT Baş Assambleyası (UNGA) ekzistensial təhdidləri aradan qaldırmaq üçün sentyabrın 25-də dəniz səviyyəsinin qalxması ilə bağlı yüksəksəviyyəli iclas keçirir.

BMT Baş Assambleyasının Ümumi Müzakirəsi ilə üst-üstə düşən Dünya İqtisadi Forumunun illik Davamlı İnkişafa Təsir Vizyonu iqlim dəyişikliyi, təbiət və enerji transformasiyasını diqqət mərkəzində saxlayacaq.

BMT dəniz səviyyəsinin qalxmasının cari və gələcək təsirləri haqqında “İstiləşən dünyada dalğalanan dənizlər” adlı yeni hesabatı dərc edib. Sənəddə qeyd olunur: “XX əsrin əvvəlindən bəri qlobal orta dəniz səviyyəsi ən azı son 3000 ildə hər hansı əvvəlki əsrdən daha sürətlə qalxıb və bu tendensiya davam edir”. 

Hesabat bu aktual qlobal problemin ekzistensial təsirləri ilə bağlı Nyu-Yorkda BMT-nin 79-cu Baş Assambleyası (UNGA) ərəfəsində yayımlanıb. BMT daha sonra vurğulayıb: “Evlər, dolanışıq vasitələri və nəhayət insan həyatı dəniz səviyyəsinin qalxması təhlükəsi altındadır. İqlim böhranı dəniz səviyyəsinin daha da yüksəlməsinə səbəb olduğu üçün 2100-cü ilə qədər 410 milyona qədər insan sahil daşqınları riski ilə üzləşə bilər”.

Kaira Agayeva 

Finss.az