DÜNYA

26 Sentyabr

İtaliya vətəndaşlarını Livanı tərk etməyə çağırıb

İtaliya öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb. 

Finss.az xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Livandakı mövcud vəziyyətdən narahatlığını ifadə edib.

“Livanda çalışan italiyalıların sayı 300-dən çox deyil. İkili vətəndaşlığı olan və Livanı tərk etmək niyyətində olmayan təxminən üç min nəfərin vəziyyəti isə fərqlidir. Biz Livandakı italiyalıları bu ölkəni dərhal tərk etməyə çağırırıq. Hələ də Beyrutdan Qərbə aviareyslər var. Ona görə də italiyalılara Livandan çıxmağı tövsiyə edirik”, - deyə Antonio Tayani bildirib.

Baş nazirin müavini təxminən min nəfərlik İtaliya hərbi kontingentinin BMT-nin Livandakı sülhməramlı missiyasında (UNIFIL) iştirak etdiyini xatırladıb, hərbçilərin təhlükəsizliyini təmin etmək üçün lazımi addımların atıldığını deyib.

Kaira Agayeva 

Finss.az