DÜNYA

26 Sentyabr

Qalıq yanacaqlar 2050-ci ildə qlobal enerjinin əsasını təşkil etməyə davam edəcək

Qalıq yanacaqlar 2050-ci ilə qədər qlobal enerjinin əsasını təşkil etməyə davam edəcək və onların istehsalı eyni qalacaq, hətta artacaq.

Finss.az xəbər verir ki, bu barədə Rusiyanın 2050-ci ilə qədər enerji strategiyası layihəsində deyilir. Sənəd həm sənaye iştirakçıları ilə, həm də departamentlər səviyyəsində razılaşdırılır; 2024-cü ilin sonuna qədər təsdiqlənməlidir.

Enerji strategiyası layihəsində deyilir: “Enerjiyə artan tələbatı nəzərə alsaq, qalıq yanacaqlar ən azı 2050-ci ilə qədər qlobal enerjinin əsasını təşkil etməyə davam edəcək və onların istehlakının fiziki həcmləri indiki səviyyələr ətrafında qalacaq və ya artacaq”.

Kaira Agayeva 

Finss.az