DÜNYA

26 Sentyabr

Özbəkistan və Hindistan bir sıra sahələrdə layihələrin həyata keçirilməsini müzakirə ediblər

Özbəkistan və Hindistan enerji, neft-kimya, rəqəmsallaşma, səhiyyə, əczaçılıq, eləcə də nəqliyyat dəhlizlərinin inkişafı üzrə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Finss.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Hindistanın maliyyə və korporativ işlər naziri Nirmala Sitharaman-ın başçılıq etdiyi nümayəndə heyətinin görüşündən sonra məlum olub.

Görüşün əvvəlində Nirmala Sitharaman Hindistanın Baş naziri Narendra Modinin səmimi salamlarını və xoş arzularını Şavkat Mirziyoyevə çatdırıb.

Tərəflər ən yüksək səviyyədə əldə olunmuş razılaşmalara uyğun olaraq Özbəkistan-Hindistan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini nəzərdən keçiriblər.

Bu ilin noyabrında Hökumətlərarası Komissiyanın növbəti iclasının diqqətlə hazırlanıb keçirilməsinin və onun çərçivəsində Sənaye Kooperasiyası Proqramının qəbul edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Özbəkistan və Hindistan arasında ticarət dövriyyəsi 586,1 milyon ABŞ dollarına çatıb. Özbəkistandan Hindistana ixracın həcmi 75 milyon ABŞ dolları, idxalın həcmi isə 511,1 milyon ABŞ dolları təşkil edib.

Kaira Agayeva 

Finss.az