DÜNYA

26 Sentyabr

Özbəkistan və Çin prioritet investisiya layihələrinin təşviqini müzakirə ediblər

Özbəkistan və Çin prioritet investisiya layihələrinin təşviqini müzakirə ediblər.

Finss.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin AIIB Rəhbərlər Şurasının illik iclası çərçivəsində Çinin maliyyə naziri Lan Foan ilə görüşündə məlum olub.

Görüşdə Çinin maliyyə naziri Çinin Sədri Si Cinpinin səmimi salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb.

Tərəflər, həmçinin Özbəkistan-Çin strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və ən yüksək səviyyədə razılaşmalar kontekstində çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Çinin aparıcı bank və maliyyə institutları ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Kaira Agayeva 

Finss.az