DÜNYA

25 Sentyabr

Britaniyanın dövlət borcu 1960-cı illərdən bəri ilk dəfə ÜDM-in 100%-nə çatdı

Finss.az xəbər verir ki, Krallığın Milli Statistika İdarəsinin dərc etdiyi məlumatlara əsasən, Böyük Britaniyanın dövlət borcu avqust ayında ümumi daxili məhsulun (ÜDM) 100%-nə çatıb. Sky News qeyd edir ki, bu, 1960-cı illərdən bəri ilk dəfə belə rəqəmlər qeydə alınır.

Hesabatda qeyd edilir ki, dövlət sektorunun xalis borclanması 13,7 milyard funt sterlinq (18,2 milyard dollar) təşkil edib. Bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə 3,3 milyard funt sterlinq (4,38 milyard dollar) çoxdur.

Kaira Agayeva 

Finss.az