DÜNYA

25 Sentyabr

Almaniyada Yaşıllar Partiyasının rəhbərliyi tam tərkibdə istefa verəcək

Almaniyada Yaşıllar Partiyasının rəhbərliyi bütövlükdə istefa vermək qərarına gəlib.

Finss.az xəbər verir ki, indi siyasi birliyə Rikarda Lanq və Omid Nuripur rəhbərlik edir. Onlar 2022-ci ilin fevralında partiyanın həmsədrləri seçiliblər.

Bu barədə bu gün axşam saatlarında keçiriləcək mətbuat konfransında rəsmi məlumat veriləcəyi bildirilir. Siyasətçilərin də istefa səbəblərini açıqlaması gözlənilir.

Sentyabrın 22-də Brandenburqda regional parlamentə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Almaniya Sosial Demokrat Partiyası (30,9%) qalib gəlib. İkinci və üçüncü yerləri müvafiq olaraq “Almaniya üçün Alternativ” və “Sarah Vaqenknextin Ağıl və Ədalət İttifaqı” partiyaları tutub. Eyni zamanda 2021-ci ildə Almaniya Sosial Demokrat Partiyası ilə birlikdə federal hökuməti formalaşdıran Yaşıllar və Almaniya Azad Demokrat Partiyası 5%-lik baryeri aşa bilməyib.

Kaira Agayeva 

Finss.az